“Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun 4-cü panel sessiyası işinə başlayıb

Çap

 


“Mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi: Qlobal inkişafa doğru” mövzusuna həsr edilən sessiya, Azərbaycan və Uqandanın həmkar qurumlarının rəhbərlərinin açılış nitqləri dinlənilib.
Forum iştirakçılarını salamlayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, səmərəli və müxtəlif tərəfləri əhatə edən bu dialoq platforması vasitəsilə həm təcrübələrin paylaşılması, həm də bərabər və inklüviz əməkdaşlıq formatının yaradılmasına nail olunduğunu bildirib.
Hazırda sülh və təhlükəsizlik məsələlərinin milli və beynəlxalq gündəliyin əsas mövzusu kimi bütün platformalarda aktuallaşmaqda olduğuna diqqət çəkən sədr, belə bir dövrdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mina çirklənməsini dünyanın bağrında qara ləkə adlandırıb.
B.Muradova deyib ki, müsəlman Şərqində ilk seçki hüququ qazanan qadınlarımıza ölkəmizdə hər zaman dərin ehtiram bəslənib, ana haqqı uca tutulub. Hazırkı dövlət qadın siyasətinin başlıca prinsipləri də məhz bu çoxəsrlik zəmin üzərində formalaşmanı şərtləndirmişdir.
Qeyd edilib ki, qadın hüquqlarının, gender bərabərliyinin və ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına dair məsələlər haqlı olaraq bütün formatların gündəliyinin ön sıralarında yer almaqdadır.
Komitə sədri hələ 2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü, UNESCO və İSESCO-nun dəstəyi ilə Bakıda keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda iki günlük forumda bu mövzunun Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə geniş müzakirə edildiyini xatırladıb. Əlavə edib ki, Forum çərçivəsində qəbul edilən yekun sənəddə qarşıya qoyulan vəzifələrin icrası üçün xeyli işlər görülüb.
Son 20 ildə ölkəmizdə və dünyada iş dünyasında qadınların rolu və çəkisinin intensiv sürətdə artdığı göz önündədir. Buna nümunə olaraq B.Muradova, bu illər ərzində Azərbaycan qadınlarının 3 qurultayı və 1 Forumu, həmçinin ötən il Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın “Qadın hüquqlarının inkişafı və səlahiyyətləndirilməsi üzrə Konfrans”ı keçirildiyini vurğulayıb.
Qadınların inkişafı təhsildən və iqtisadi gücləndirmədən keçir deyən Komitə sədri, çıxışının sonunda qeyd edilən məsələri gündəliyə yatırmaq, sülh və təhlükəsizliyə nail olmaq üçün qadınların bu prosesə geniş cəlb olunması, eləcə də dünyanın dəyər zəncirində onların rolunun artırılması məqsədilə təklif və tövsiyələrini diqqətə çatdırıb.
Çıxış edən Uqandanın gender, əmək və sosial inkişaf naziri Betti Amongi Ongom, belə bir qlobal Forumda bir araya gəlmək imkanına görə ölkə Prezidentinə və təşkilatçılara təşəkkürünü bildirib. O, Bakının qlobal icmada dünyəvi dəyərlər və narahatedici məslələrin, eləcə də sülh, təhlükəzlik və insan hüquqları sahəsində mütəmadi müzakirəsi üçün müxtəlif ölkələri bir araya gətirən nüfuzlu bir şəhərə çevrildiyini vurğulayıb.
Qloballaşmanın millətlərin mədəniyyət, din, adət-ənənələr və insan hüquqları üçün məqbul normalar müəyyən etdiyini və universallıq yaratdığını bildirib.
Qadınların üzləşdiyi problemlərə diqqət çəkən nazir, bu məsələlərin həllində qadın hüquqları, mədəniyyət və dinin birgə dialoqunun əhəmiyyətini vurğulayıb.
O, sonda qeyd edib ki, perspektivləri dəyişdirmək, qadın hüquqlarını qorumaq üçün sosial birlikləryaratmalıyıq və qadınların kişilərlə birlikdə iştirakı iləhökumət, parlament və sivil cəmiyyət nümayəndələri, eləcə də dini liderlərlə birgə zərərli gender stereotiplərini aradan qaldırmaq üçün səyləri birləşdirməliyik.
Panel sessiyası məruzəçilərin çıxışları ilə davam edir.