Maarifləndirici seminar keçirilib

ÇapE-poçt

 

2024-cü il 27 fevral tarixində Babək rayonu üzrə fəaliyyət göstərən uşaq müəssisələrinin, o cümlədən ümumtəhsil məktəbləri, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin rəhbər şəxslərinin iştirakı ilə sanitar-gigiyenik vəziyyət ilə bağlı maarifləndirici seminar keçirilib.

Babək Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai siyasi və humanitar məslələr şöbəsinin müdir müavini Fuad Mirzəyev giriş sözü ilə tədbiri açaraq mahiyyəti və əhəmiyyəti barədə seminar iştirakçılarına ətraflı məlumat verib.

Sonra Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Eltun Həziyev tədbirin keçirilməsinin zəruriliyi və mahiyyətindən bəhs edib. Qeyd olunub ki, aparılan dövlət siyasətinin mərkəzində insan və vətəndaş amilinin dayanması ali məqsədlərdən biridir. Muxtar Respublikada müvafiq sahənin inkişaf göstəricilərini məktəbəqədər müəssisələr, ümumtəhsil məktəbləri və məktəbdənkənar müəssisələrdən, eləcə də onların maddi-texniki təminatından, müasirtipli infrastrukturlarından real şəkildə müşahidə etmək olar. Həmçinin bildirilib ki, müvafiq sahənin inkişafını təmin edən qanunvericilik bazası da möhkəmləndirilibdir. Bu mənada müvafiq sahədə sanitar-gigiyenik vəziyyətə məsul olan şəxslər öz işlərinə biganə yanaşmamalı, üzərlərinə düşən vəzifələrin icrasını layiqincə həyata keçirməlidirlər. O da vurğulanıbdır ki, uşaq sağlamlığının qorunması dövlətin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Məhz bu baxımdan cəmiyyətin gələcəyi olan uşaqların sağlam, layiqli vətəndaş kimi yetişməsində, cəmiyyətdə sağlam mövqe tutmasında dövlətin qarşısında böyük bir missiya dayanır. Bununla yanaşı Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinin pozulmasına görə məsul olan şəxslər hüquqi məsuliyyət daşıdıqları seminar iştirakçılarının diqqətinə çatdırılıb.

Daha sonra Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin Sanitar-karantin şöbəsinin müdiri Qurbani İbrahimovun mövzu ilə bağlı çıxışı dinlənilib.

Sonda tədbir iştirakçılarına müvafiq sahə ilə əlaqədar hazırlanmış bukletlər paylanılıb.

 

 

Joomla 1.5