Xəbərlər

“Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun 4-cü panel sessiyası işinə başlayıb

ÇapE-poçt

01.05.24 16:12

 


“Mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi: Qlobal inkişafa doğru” mövzusuna həsr edilən sessiya, Azərbaycan və Uqandanın həmkar qurumlarının rəhbərlərinin açılış nitqləri dinlənilib.
Forum iştirakçılarını salamlayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, səmərəli və müxtəlif tərəfləri əhatə edən bu dialoq platforması vasitəsilə həm təcrübələrin paylaşılması, həm də bərabər və inklüviz əməkdaşlıq formatının yaradılmasına nail olunduğunu bildirib.
Hazırda sülh və təhlükəsizlik məsələlərinin milli və beynəlxalq gündəliyin əsas mövzusu kimi bütün platformalarda aktuallaşmaqda olduğuna diqqət çəkən sədr, belə bir dövrdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mina çirklənməsini dünyanın bağrında qara ləkə adlandırıb.
B.Muradova deyib ki, müsəlman Şərqində ilk seçki hüququ qazanan qadınlarımıza ölkəmizdə hər zaman dərin ehtiram bəslənib, ana haqqı uca tutulub. Hazırkı dövlət qadın siyasətinin başlıca prinsipləri də məhz bu çoxəsrlik zəmin üzərində formalaşmanı şərtləndirmişdir.
Qeyd edilib ki, qadın hüquqlarının, gender bərabərliyinin və ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına dair məsələlər haqlı olaraq bütün formatların gündəliyinin ön sıralarında yer almaqdadır.
Komitə sədri hələ 2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü, UNESCO və İSESCO-nun dəstəyi ilə Bakıda keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda iki günlük forumda bu mövzunun Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə geniş müzakirə edildiyini xatırladıb. Əlavə edib ki, Forum çərçivəsində qəbul edilən yekun sənəddə qarşıya qoyulan vəzifələrin icrası üçün xeyli işlər görülüb.
Son 20 ildə ölkəmizdə və dünyada iş dünyasında qadınların rolu və çəkisinin intensiv sürətdə artdığı göz önündədir. Buna nümunə olaraq B.Muradova, bu illər ərzində Azərbaycan qadınlarının 3 qurultayı və 1 Forumu, həmçinin ötən il Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın “Qadın hüquqlarının inkişafı və səlahiyyətləndirilməsi üzrə Konfrans”ı keçirildiyini vurğulayıb.
Qadınların inkişafı təhsildən və iqtisadi gücləndirmədən keçir deyən Komitə sədri, çıxışının sonunda qeyd edilən məsələri gündəliyə yatırmaq, sülh və təhlükəsizliyə nail olmaq üçün qadınların bu prosesə geniş cəlb olunması, eləcə də dünyanın dəyər zəncirində onların rolunun artırılması məqsədilə təklif və tövsiyələrini diqqətə çatdırıb.
Çıxış edən Uqandanın gender, əmək və sosial inkişaf naziri Betti Amongi Ongom, belə bir qlobal Forumda bir araya gəlmək imkanına görə ölkə Prezidentinə və təşkilatçılara təşəkkürünü bildirib. O, Bakının qlobal icmada dünyəvi dəyərlər və narahatedici məslələrin, eləcə də sülh, təhlükəzlik və insan hüquqları sahəsində mütəmadi müzakirəsi üçün müxtəlif ölkələri bir araya gətirən nüfuzlu bir şəhərə çevrildiyini vurğulayıb.
Qloballaşmanın millətlərin mədəniyyət, din, adət-ənənələr və insan hüquqları üçün məqbul normalar müəyyən etdiyini və universallıq yaratdığını bildirib.
Qadınların üzləşdiyi problemlərə diqqət çəkən nazir, bu məsələlərin həllində qadın hüquqları, mədəniyyət və dinin birgə dialoqunun əhəmiyyətini vurğulayıb.
O, sonda qeyd edib ki, perspektivləri dəyişdirmək, qadın hüquqlarını qorumaq üçün sosial birlikləryaratmalıyıq və qadınların kişilərlə birlikdə iştirakı iləhökumət, parlament və sivil cəmiyyət nümayəndələri, eləcə də dini liderlərlə birgə zərərli gender stereotiplərini aradan qaldırmaq üçün səyləri birləşdirməliyik.
Panel sessiyası məruzəçilərin çıxışları ilə davam edir.

 

 

 

ÜMUMİ MÜSAHİBƏ ELANI

ÇapE-poçt

01.05.24 11:30


Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”na əsasən Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatında sədrin köməkçisi və baş məsləhətçi–hüquqşünas vəzifələrinin tutulması üçün ümimi müsahibə elan edir.
Müsahibədə vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilər.
Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 30 aprel 2024-cü il tarixdən 29 may 2024-cü il tarixədək “Dövlət qulluğu üzrə müraciət Forması”nda tələb olunan müvafiq məlumatları Dövlət İmtahan Mərkəzinin İnternet portalına (https://exidmet.dim.gov.az/dqq/Elan/UmMshMshElanList?ElanID=530) daxil edərək məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.

 
 

ELAN

ÇapE-poçt

09.04.24 11:44

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda XI muxtar respublika yazı, dekorativ tətbiqi sənət və rəsm müsabiqəsi elan edir.

Müsabiqə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən uşaqlar, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlar, orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri, gənclər və digər şəxslər arasında keçiriləcəkdir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər təqdim edəcəyi işləri şəxsiyyət vəsiqəsinin surəti və müvafiq anket ilə birlikdə 06 may 2024-cü il tarixədək Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim etməlidirlər.

Əlavə olaraq bildirilir ki, müsabiqədə bir müəllif 2 (iki) işlə iştirak edə bilər.

Müsabiqəyə təqdim ediləcək yazı mətnləri 5-7 səhifə həcmində, A4 formatında, Arial şriftində (14),  rəsm əsərləri 21x30 sm və daha böyük ölçülərdə olmalıdır.

Müsabiqəyə təqdim edilən dekorativ tətbiqi sənət və rəsm əsərləri müxtəlif formalarda, rəngkarlığın və qrafikanın müxtəlif texnikalarında istənilən material üzərində işlənə bilər.

Müsabiqəyə təqdim edilən işlər yeni olmalı, heç bir tədbirdə iştirak etməməlidir.

Müsabiqədə rəsm və yazı nominasiyası üzrə 3-I, 3-II, 3-III və 3 nəfər həvəsləndirici yerləri tutmuş şəxslər münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək və qaliblər “15 May-Beynəlxalq Ailə Günü” ilə əlaqədar keçiriləcək tədbirdə müvafiq diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

 

Əlaqələndirici şəxs: Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva

Ünvan: Naxçıvan  şəhəri, H.Əliyev  42

Telefon: 545-39-75

 
 

E L A N

ÇapE-poçt

29.03.24 16:47

Yaradıcı və həvəskar gənclərin nəzərinə!

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aprel ayı ərzində Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə “İnsanlara nur bəxş edən - Akademik Zərifə Əliyeva” mövzusunda gənclər arasında esse yazı müsabiqəsi elan olunur.

Müsabiqədə iştirak etmək istəyən gənclər hazırladıqları esse yazılarını 22 aprel 2024-cü il tarixədək şəxsiyyət vəsiqələrinin surəti və müvafiq anketlə birlikdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim etməlidirlər.

Müsabiqə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri və istedadlı gənclər arasında keçiriləcək.

Müsabiqəyə təqdim ediləcək esse yazı mətnləri 2-3 səhifə həcmində, A4 formatında, Arial şriftində (14) olmalıdır.

Müsabiqədə “Ən yaxşı yazı” nominasiyası üzrə 3-I, 3-II, 3-III və 3 nəfər həvəsləndirici yerləri tutmuş yaradıcı şəxslər Komitə tərəfindən müəyyənləşdiriləcək və qaliblər  “İnsanlara nur bəxş edən - Akademik Zərifə Əliyeva” mövzusunda keçiriləcək tədbirdə mükafatlandırılacaq.

Ünvan: Naxçıvan  şəhəri,  H.Əliyev  42

Tel: 545-39-75

 
 

Uşaq hüquqları ilə bağlı növbəti monitorinq keçirilib

ÇapE-poçt

18.03.24 16:10

 

Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının qorunması ilə bağlı monitorinqlər davam etdirilir.
18 mart 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən növbəti monitorinq keçirilib. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbində keçirilən monitorinqlər zamanı uşaq hüquq və mənafelərini əhatə edən bütün sahələr yoxlanılılıb.
Komissiya tərəfindən uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması istiqamətində keçirdiyi monitorinqlər bundan sonra da davam etdiriləcək.

 

 

 
 

Səhifə 1 > 402-dən

Joomla 1.5