Xəbərlər

Erkən nikahın qarşısı alınıb

ÇapE-poçt

15.03.24 17:50

 

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən erkən nikahla mübarizə istiqamətində tədbirlər davam etdirilir. Bu istiqamətdə müntəzəm olaraq maarifləndirmə işləri aparılır, erkən nikahın fəsadları və qarşısının alınmasında normativ hüquqi tənzimlənmə barədə ictimaiyyətə ətraflı məlumat verilir.
Təəssüf ki, həyata keçirilən tədbirlərə və maarifləndirmə işlərinə baxmayaraq hələ də bəzi valideynlər övladını erkən yaşda evləndirməyə çalışır. Sonuncu dəfə Şərur rayonunda erkən nikaha cəhd edilib. Belə ki, Şərur rayon Ələkli kənd sakini 12 iyun 2007-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan L.Ə. (ad və soyad şərtidir) 1999-cu il təvəllüdlü Şərur rayon Vərməziyar kənd sakini H.M. (ad və soyad şərtidir) ilə nişanlanaraq 2024-cü il 8 mart tarixində toy mərasimi keçirmələri ilə bağlı məlumat əldə edilib. Həmin məlumat əsasında Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi əməkdaşlarının və Şərur Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya üzvlərinin iştirakı ilə məsələ yerindəcə araşdırılıb, toy mərasimi keçirilən ünvana baxış keçirilib və tərəflərin valideynləri ilə qanunamüvafiq söhbət aparılaraq uşaq hüquqlarını pozan bu halın qanunvericiliyin tələblərinə zidd olduğu diqqətə çatdırılıb.
Bütün baş verənlərdən, qanunamüvafiq söhbətdən nəticə çıxarmayan azyaşlının valideynləri və qarşı tərəfin yaxın qohumları israrla 2024-cü il 8 mart tarixində toy mərasimini keçirməyə cəhd ediblər. Aid təşkilatların nümayəndələrinin səyi nəticəsində hər iki tərəfin valideynlərinin və yaxın qohumlarının aqressiyasına məhəl qoyulmaraq erkən nikahın qarşısı alınıb.
Bildirilir ki, uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən dövlət orqanları tərəfindən erkən nikah hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaqdır.
Vətəndaşlardan bu cür hadisələrə qarşı diqqətli olmağı, belə hallarla rastlaşdıqda dərhal Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat vermələri xahiş olunur.
İstatistikleri ve reklamları gör
Tüm ifadeler:
33

 

 

Maarifləndirici seminar keçirilib

ÇapE-poçt

27.02.24 17:37

 

2024-cü il 27 fevral tarixində Babək rayonu üzrə fəaliyyət göstərən uşaq müəssisələrinin, o cümlədən ümumtəhsil məktəbləri, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin rəhbər şəxslərinin iştirakı ilə sanitar-gigiyenik vəziyyət ilə bağlı maarifləndirici seminar keçirilib.

Babək Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai siyasi və humanitar məslələr şöbəsinin müdir müavini Fuad Mirzəyev giriş sözü ilə tədbiri açaraq mahiyyəti və əhəmiyyəti barədə seminar iştirakçılarına ətraflı məlumat verib.

Sonra Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Eltun Həziyev tədbirin keçirilməsinin zəruriliyi və mahiyyətindən bəhs edib. Qeyd olunub ki, aparılan dövlət siyasətinin mərkəzində insan və vətəndaş amilinin dayanması ali məqsədlərdən biridir. Muxtar Respublikada müvafiq sahənin inkişaf göstəricilərini məktəbəqədər müəssisələr, ümumtəhsil məktəbləri və məktəbdənkənar müəssisələrdən, eləcə də onların maddi-texniki təminatından, müasirtipli infrastrukturlarından real şəkildə müşahidə etmək olar. Həmçinin bildirilib ki, müvafiq sahənin inkişafını təmin edən qanunvericilik bazası da möhkəmləndirilibdir. Bu mənada müvafiq sahədə sanitar-gigiyenik vəziyyətə məsul olan şəxslər öz işlərinə biganə yanaşmamalı, üzərlərinə düşən vəzifələrin icrasını layiqincə həyata keçirməlidirlər. O da vurğulanıbdır ki, uşaq sağlamlığının qorunması dövlətin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Məhz bu baxımdan cəmiyyətin gələcəyi olan uşaqların sağlam, layiqli vətəndaş kimi yetişməsində, cəmiyyətdə sağlam mövqe tutmasında dövlətin qarşısında böyük bir missiya dayanır. Bununla yanaşı Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinin pozulmasına görə məsul olan şəxslər hüquqi məsuliyyət daşıdıqları seminar iştirakçılarının diqqətinə çatdırılıb.

Daha sonra Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin Sanitar-karantin şöbəsinin müdiri Qurbani İbrahimovun mövzu ilə bağlı çıxışı dinlənilib.

Sonda tədbir iştirakçılarına müvafiq sahə ilə əlaqədar hazırlanmış bukletlər paylanılıb.

 

 

 
 

Muxtar respublikada uşaq hüquqları qorunur

ÇapE-poçt

26.02.24 16:53

Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsi və hərtərəfli bərqərar edilməsi, həmçinin uşaqların mənafelərinin qorunması istiqamətində kompleks tədbirlər görülür.

Belə ki, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2024-cü il 24 fevral tarixdə Kəngərli rayonunun Xok kənd sakini 2008-ci il təvəllüdlü Məmmədova Xatirə Məmməd qızının (ad şərtidir) Xok kənd sakini 2002-ci il təvəllüdlü Həsənov Həsən Hüseyn oğlu (ad şərtidir) tərəfindən qaçırılması barədə məlumat əldə etmişdir. Komitə tərəfindən məsələyə dərhal reaksiya verilərək qanunamüvafiq araşdırılması və Məmmədova Xatirənin (ad şərtidir) ailəsinin yanına qaytarılması istiqamətində Kəngərli Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya və rayon Polis Şöbəsinin aid əməkdaşları ilə birgə tədbirlər görülmüş, müvafiq ünvana baxış keçirilmiş, hər iki tərəfin valideynlərinin də iştirakı ilə qanunvericiliyin tələblərinə uyğun söhbət aparılaraq yetkinlik yaşına çatmayan Məmmədova Xatirə Məmməd qızı (ad şərtidir) ailəsinin yanına qaytarılmışdır.

Əziz və hörmətli valideynlər!

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bir daha diqqətinizə çatdırır ki, qanunazidd olan bu kimi halların baş verməsində biləvasitə yaxud dolayısı ilə iştirak edən şəxslər qanunvericiliyin tələblərinə uyğun olaraq məsuliyyətə cəlb ediləcək və belə hallara qarşı adekvat cavab verilərək, qarşısı qətiyyətlə alınacaqdır.

 
 

Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyi ilə bağlı "Təbliğat-100" layihəsi çərçivəsində "Sosial şəbəkələrin gələcəyimizə təsiri" mövzusunda maarifləndirici təlim keçirilib

ÇapE-poçt

23.02.24 17:32

 


2024-cü il 23 fevral tarixində Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə H.Cavid adına 5 saylı tam orta məktəbdə maarifləndirici təlim keçirilib.
Təlimi giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Orxan Məhərrəmov keçirilən təlimin vacibliyindən və əhəmiyyətindən bəhs edib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli bildirib ki, müasir informasiya cəmiyyətinin xüsusiyyətlərindən biri informasiyanın bütün sahələrdə aparıcı rol oynamasıdır. Sözsüz ki, sivilizasiyanın inkişaf səviyyəsindən asılı olaraq kompüter və elektron texnologiyaların, internetin, o cümlədən sosial şəbəkələrin həyatımıza daxil olması hazırda insanların bu qurğularla paralel yaşamasına səbəb olub. Danılmaz faktdır ki, bu şəbəkələrin əsas istifadəçi kütləsi gənc nəslin nümayəndələridir. Bu səbəbdən də gündəlik həyatda sosial şəbəkələrin müsbət tərəfləri müşahidə edilsə də, kifayət qədər mənfi tərəfləri də var. Məqsəd burda gənc nəslə sosial şəbəkələrin müsbət tərəflərini dəyərləndirib o yöndə istifadə etməli olduqlarını çatdırmaqdır. Uşaqları sağlam şəkildə yetişdirmək üçün atılacaq təməl addımlardan ən birincisi, gələcəyə olan yatırımdır. İnformasiya bolluğu dövründə qarşıda duran ən vacib məsələnin uşaqları mümkün təhlükələrdən qorumaq olduğunu söyləyən E.Cahangirli bu mübarizədə ən təsirli silahın təbii immunitet çevrəsinin yaradılması, eləcə də təhsil və məlumatlılıq olduğunu qeyd edib.
Daha sonra Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Gülənbər Nuriyevanın mövzu ilə bağlı çıxışı dinlənilib.
​Sonda təlim iştirakçılarının sualları cavablandırılıb və maarifləndirici broşürlər paylanılıb.

 

 

 
 

Muxtar respublikada uşaq hüquqlarının qorunması ilə bağlı monitorinqlər davam etdirilir.

ÇapE-poçt

16.02.24 14:07

 

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən 2024-cü il 16 fevral tarixində Naxçıvan şəhər 8 nömrəli körpələr evi- uşaq bağçasında monitorinq keçirilib.
Monitorinqlər zamanı uşaq hüquq və mənafelərini əhatə edən bütün sahələr yoxlanılılıb.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması istiqamətində monitorinqləri bundan sonra da davam etdirəcəkdir.

 

 

 
 

Səhifə 2 > 402-dən

Joomla 1.5