Xəbərlər

ÜMUMİ MÜSAHİBƏ ELANI

ÇapE-poçt

24.11.23 12:00


Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”na əsasən Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatında sədrinin köməkçisi və baş məsləhətçi - ictimaiyyətlə əlaqələr və informasiya təminatı üzrə vəzifələrinin tutulması üçün ümimi müsahibə elan edir.

Müsahibədə vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilər.

Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 23 noyabr 2023-cü il tarixdən 22 dekabr 2023-cü il tarixədək  “Dövlət qulluğu üzrə müraciət Forması”nda tələb olunan müvafiq məlumatları Dövlət İmtahan Mərkəzinin İnternet portalına (https://exidmet.dim.gov.az/dqq/Elan/UmMshMshElanList?ElanID=530) daxil edərək məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.

 

“20 noyabr-Ümumdünya Uşaq Günü” münasibətilə tədbir keçirilib

ÇapE-poçt

20.11.23 15:21


Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “20 noyabr-Ümumdünya Uşaq Günü” münasibətilə tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndiriliməsi,  Ümummilli lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və şəhidlərin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova tədbirdə iştirak edən uşaqları 20 noyabr-Ümumdünya Uşaq Gunu münasibəti ilə təbrik edib. Qeyd edib ki, ölkəmizdə uşaqlara diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Dövlətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiya və qanunlarla uşaq hüquqlarına etibarlı təminat mexanizmləri yaradılıb. 1998-ci il 19 may tarixdə Azərbaycan Respublikasının “Uşaq Hüquqları Haqqında”, 1999-cu il 22 iyun tarixdə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunları qəbul edilib. A.Məmmədova bildirib ki, Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının “Uşaq Hüquqları Haqqında”  Konvensiyasına qoşulub, “Uşaq Hüquqları Haqqında” Bəyannaməni qəbul edib.

Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkənin Birinci vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qayğısı ilə ölkəmizdə uşaqların hərtərəfli inkişafı, layiqli vətəndaş kimi böyümələri üçün Dövlət Proqramları qəbul edilir, sosialyönümlü layihələr icra olunur.

Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti həyata keçirilir və mütəmadi olaraq uşaq müəssisələrində və xüsusi qayğıya ehtiyacı olan uşaqların yaşadıqları ünvanlarda monitorinqlər təşkil olunur. Uşaqlara göstərilən dövlət qayğısının nəticəsidir ki, digər uşaqlarla yanaşı sağlamlıq imkanları məhdud uşaqların da vətənə layiq vətəndaş kimi yetişməsinə xidmət edir.

Muxtar respublika əhalisinin 27 faizini uşaqların təşkil etdiyini bildirən A.Məmmədova  uşaqların sağlamlığının qorunması, sağlamlıq tədbirlərinin yaxşılaşdırılması və uşaqlara müasir tələblərə uyğun tibbi xidmətin göstərilməsi diqqət mərkəzində saxlanıldığını qeyd edib.

Qeyd edib ki, Komitə tərəfindən  20 noyabr-Ümumdünya Uşaq Gunu ilə əlaqədar “Uşaq hüquqları uşaqların gözü ilə” mövzusunda esse və rəsm müsabiqəsinə 115 esse və 83 rəsm olmaqla ümumilikdə, 198 iş təqdim olunub.

Daha sonra Naxçıvan  Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Piri Nağıyev və Təhsil Nazirliyi Aparatının Sektor müdiri Gülxanım Orucova çıxış ediblər.

Tədbirdə ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Uşaq hüquqları uşaqların gözü ilə” mövzusunda esse və rəsm müsabiqəsinin qalibləri Komitə tərəfindən  mükafatlandırılıblar.

Tədbir bədii hissə ilə davam edib.

Sonda müsabiqə qaliblərinin rəsm işlərindən ibarət sərgisinə  baxış olub.

 
 

Ailələrimizi tanıyaq” layihəsi çərçivəsində Əsədovlar ailəsi ilə görüş

ÇapE-poçt

15.11.23 16:01

 


Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ailələrimizi tanıyaq” layihəsi çərçivəsində yeniyetmə və gənclərin iştirakı ilə 2023-cü il 15 noyabr tarixdə Ordubad rayon Üstüpü kəndində yaşayan uzunömürlü nümunəvi – evliliklərinin 68 illiyi tamam olan Əsədovlar ailəsində görüş keçirilib. Görüşdə Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Mübariz Hüseynov, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Könül Babayeva, eləcə də fəal gənclər iştirak ediblər.
68 il bərabər ömür sürən Əsədovların 8 övlad (1-i vəfat edib), 19 nəvə və 32 nəticələri var. Nümunəvi uzunömürlülüyün sirri zəngin ailə dəyərlərinə bağlılıq qarşılıqlı hörmət və sevgidir deyən Məhəmməd Əsədov hər zaman həyat yoldaşına və övladlarına hörmət və qayğı ilə yanaşdığını qeyd edib. Heç bir zaman bir-birlərinə yalan demədiklərini bildirən Məhəmməd Əsədovun ömür-gün yoldaşı Ziyadə xanım sağlam ailənin təməli sevgi, səmimi münasibət, doğruluq üzərində qurulduğunu vurğulayıb.
Sonda Məhəmməd və Ziyadə Əsədovlar bütün ailələrə öz ailələri kimi uzunömürlü olmağı arzulayıblar.

 

 
 

Görüş keçirilib

ÇapE-poçt

15.11.23 15:58

 


Naxçıvan Muxtar Respublikasına beş günlük səfər edən Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) –Azərbaycandakı Nümayəndəliyinin Səhiyyə və Qidalanma proqramının rəhbəri Töhfə Cəmilova və Erkən uşaqlıq dövrü inkişaf konsultantı Yelena İsrafilova Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova ilə görüşüb.
Görüşdə qonaqları salamlayan Komitə sədri qeyd edib ki, ölkəmizdə həyata keçirilən dövlət uşaq siyasətinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. Muxtar respublikada uşaq hüquqlarının qorunması və bu istiqamətdə görülən işlərin prioritetlər sırasında olduğu və ölkədə həyata keçirilən dövlət uşaq siyasətinin muxtar respublikada da uğurla həyata keçirildiyi bildirilib. R.Seyidova muxtar respublikada yaşayan uşaqlar o cümlədən, sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum, tək valideynli uşaqların hüquqlarının qorunması ilə bağlı Komitə tərəfindən mütəmadi görülən işlər, aparılan monitorinqlər, maarifləndirici tədbirlər haqqında ətraflı məlumat vermiş və UNİCEF-in Azərbaycandakı Nümayəndəliyi ilə birgə əməkdaşlığın vacibliyini vurğulamışdır.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun -UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin Səhiyyə və Qidalanma proqramının rəhbəri Töhfə Cəmilova, Erkən uşaqlıq dövrü inkişaf konsultantı Yelena İsrafilova erkən uşaq dövrü inkişaf yol xəritəsinin vacivliyindən muxtar respublikada fəaliyyət göstərən qurumların koordinativ formada fəaliyyətinin vacibliyindən, eyni zamanda valideynlərin, sosial işçilərin psixoloqların uşağın inkişafındakı rolundan, muxtar respublikada yaşayan valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud uşaqların vəziyyəti onlarla bağlı görülən işlərdən söhbət açılıb, eyni zamanda Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) –Azərbaycandakı Nümayəndəliyi tərəfindən icra olunan layihələr və keçiriləcək təlimlər haqqında məlumat verilib, uşaqlarla bağlı mövcud problemlər müzakirə olunmuş, gələcək prespektivlər barədə fikir mübadiləsi aparılıb.

 

 

 
 

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilin oktyabr ayı ərzində gördüyü işlər barədə hesabatı

ÇapE-poçt

06.11.23 12:32

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2023-cü ilin oktyabr ayı ərzində ailə, qadın və uşaq hüquqlarının qorunması diqqətdə saxlanılmış, konfrans, tədbir, təlim, seminar, müsabiqə və monitorinqlər keçirilmişdir.

Məlumdur ki, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkədə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi qeyd olunur. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hesabat dövrü ərzində müvafiq mövzu ilə bağlı bir sıra tədbirlər görülmüşdür.

 

Ardını oxu...

 
 

Səhifə 9 > 402-dən

Joomla 1.5