Xəbərlər

Dekabrın 12-də Naxçıvan şəhərindəki Gənclik Mərkəzində Naxçıvan televiziyasının hazırladığı "Ömrün Naxçıvan aşırımları" filminə baxış olub.

ÇapE-poçt

12.12.23 14:36

 

Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan televiziyasının hazırladığı filmdə dahi rəhbərin siyasi və dövlətçilik fəaliyyətinin Naxçıvan dövrü, eləcə də Azərbaycanın gələcək inkişafı naminə gördüyü misilsiz xidmətlər işıqlandırılır. Televiziya filmi həmin dövrə aid unikal kadrlar və şahidlərin müsahibəsi əsasında hazırlanıb.

 

 

 

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad olunub

ÇapE-poçt

12.12.23 14:32

 

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Ali Məclisin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, xidmət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin, hərbi hissələrin nümayəndələri və qazilər müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib, ehtiramlarını bildiriblər.

 

 

 
 

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib. Dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib.

ÇapE-poçt

12.12.23 14:18

 

Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub.
Azərbaycanın Dövlət Himni səsləndirilib.
Dövlətimizin başçısı İlham Əliyev Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla andı, məzarı üzərinə gül dəstələri qoyub.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzülüb

 

 

 
 

Görüş keçirilib

ÇapE-poçt

10.12.23 09:07

 

“Cəmiyyətin və medianın inkişafı” İctimai Birliyinin sədri Lalə Azərtaş Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova ilə görüşüb.
Görüşdə qonaqları salamlayan Komitə sədri R.Seyidova Komitə tərəfindən mütəmadi görülən işlər, aparılan monitorinqlər, maarifləndirici tədbirlər haqqında qonaqlara ətraflı məlumat vermişdir
“Cəmiyyətin və medianın inkişafı” İctimai Birliyinin sədri Lalə Azərtaş Cəmiyyətin və medianın inkişafı” İctimai Birliyi ilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini birgə əməkdaşlığın vacibliyini vurğulamışdır.Komitə ilə koordinativ formada fəaliyyətinin vacibliyindən, eyni zamanda Cəmiyyətin və medianın inkişafı” İctimai Birliyi tərəfindən icra olunan layihələr və keçiriləcək təlimlər haqqında məlumat verilib,gələcək prespektivlər barədə fikir mübadiləsi aparılıb.
Sonda Komitə sədri tərəfindən qonaqlara hədiyyələr təqdim olunub.

 

 

 
 

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 6 dekabr 2023-cü il tarixində “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilir.

ÇapE-poçt

06.12.23 14:31

 

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2307 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın 12.3.2-ci bəndinin icrasını təmin etmək məqsədilə təşkil edilən konfransda Milli Fəaliyyət Planının icrası istiqamətində görülən işlər, eləcə də bu sahədə digər ölkələrin müsbət təcrübələrinə dair təqdimatlar edilir, mövcud problemlər və perspektivlər barədə panel müzakirələri aparılır.
Konfransda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidovanın rəhbərliyi ilə komitə əməkdaşları və şəhər, rayon icra hakimiyyətləri yanında yaradılmış "Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu"nun rəhbərləri və üzvləri iştirak edirlər.

 

 

 
 

Səhifə 5 > 402-dən

Joomla 1.5