Xəbərlər

Naxçıvan Muxtar Respublikasında 2023-cü il ərzində uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair H E S A B A T

ÇapE-poçt

14.02.24 20:03

 

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə muxtar respublikada yaşayan bütün kateqoriyadan olan uşaqlara hərtərəfli imkanlar yaradılır, onların potensial və qabiliyyətlərinin aşkarlanması, mahiyyət etibarı ilə layiqli və sağlam vətəndaş kimi yetişdirilməsi istiqamətində kompleks addımlar atılır.

2023-cü il ərzində bütün uşaqlar, o cümlədən şəhid və qazi övladları, sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, tək valideynli, çoxuşaqlı, aztəminatlı uşaqların qanunla müəyyən olunmuş hüquqlarının həyata keçirilməsi və mənafelərinin müdafiəsi diqqət mərkəzində saxlanılmış və bir sıra tədbirlər görülmüşdür. Belə ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlara müavinətlər verilmiş və müvafiq uşaqların dövlət və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqları dövlət büdcəsi hesabına ödənilmişdir.

Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası daim nəzarətdə saxlanılmışdır. Belə ki, onların cəmiyyətə inteqrasiya olunması, o cümlədən həmin uşaqların inklüziv təhsil imkanlarından geniş istifadə olunması, distant təhsil proqramlarının təkmilləşdirilməsi, sosial reabilitasiyalarının təmin olunması məqsədilə işlər görülmüş, müvafiq uşaqlar məktəbəqədər, ümumtəhsil, peşə və məktəbdənkənar təhsil müəssisələrinə cəlb edilmişdir. Hesabat ili ərzində 2114 sağlamlıq imkanları məhdud uşaq olmuşdur ki, bunların da əqli və fiziki potensialları nəzərə alınmaqla məktəbəqədər və ümumtəhsil müəssisələrinə cəlb edilməsi məqsədilə sağlamlıq imkanları məhdud uşaqların valideynləri ilə əlaqə saxlanılmış və yaşadıqları ünvanlarda monitorinqlər keçirilmişdir. Belə ki, ötən ilin birinci yarısında 21 sağlamlıq imkanları məhdud uşaqların yaşadıqları evlərdə monitorinq keçirilmiş, 4 uşaq potensiallarına uyğun olaraq ümumtəhsil məktəblərinə və məktəbəqədər təhsil müəssisələrinə cəlb edilmişdir.

Müvafiq uşaqlarla bağlı görülən tədbirlərin nəticəsidir ki, 2023-2024-cü tədris ilində ümumtəhsil müəssisələrinin birinci siniflərində 45, hazırlıq qruplarında 13 uşaq olmaqla, ümumilikdə müvafiq kateqoriyadan olan 901 uşaq təhsil alır. Əlavə olaraq Distant Tədris Mərkəzində 27 uşaq olmaqla onların 2-si birinci sinifdə, Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə 7, məktəbdənkənar müəssisələrin dərnəklərində 97, məktəbdənkənar müəssisələrdə təşkil olunan müxtəlif kurslarda 22, şahmat məktəblərində 32, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində 85 (onların 11-i birinci sinifdə) sağlamlıq imkanları məhdud uşaq təhsil alır və həmin kateqoriyadan olan 4 uşaq isə idman məktəblərinə cəlb olunmuşdur. Hal-hazırda məktəbəqədər təhsil müəssisələrində 51 sağlamlıq imkanları məhdud  uşaq təlim-tərbiyə alır.

Sağlamlıq imkanları məhdud uşaqların bacarıq, imkan və maraqları nəzərə alınaraq 2 uşaq peşə məktəbinə cəlb edilmiş, ümumtəhsil məktəblərini bitirən sağlamlıq imkanları məhdud uşaqlardan 4 nəfəri orta ixtisas təhsili müəssisəsinə, 17 nəfəri isə ali təhsil müəssisələrinə qəbul olmuşdur.

Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində psixoloji dəstək xidmətinin fəaliyyəti davam etdirilmiş, müraciət edən hər bir uşaqla bağlı konsultasiya işi aparılmış, onlar üçün fərdi proqram hazırlanmış, fərdi xüsusiyyətləri nəzərə alınaraq müvafiq reabilitasiya xidmətlərinə cəlb edilmiş, il ərzində Mərkəzin Defektoloji Bölməsinin təlim məşğələlərinə 139, kinect oyunlara 42, musiqi terapiyasına 41, psixoloji dəstək xidmətinə 73, əmək terapiyasına 39, kukla terapiyasına 47, nağıl terapiyasına 57 uşaq cəlb edilmişdir. Mərkəzdə 299 nəfər sağlamlıq imkanları məhdud uşaqla reabilitasiya tədbirləri aparılmışdır. Həmçinin Mərkəzdə audio kitabxana fondunun zənginləşdirilməsi məqsədilə il ərzində fonda 2 əsər verilmişdir. Hazırda audiokitabxana fondunda 1531, elektron kitabxana fondunda 873, brayl kitabxana fondunda isə 875 kitab mövcuddur. Hesabat dövrü əzində audio kitabxana fondundan 1005 nəfər müvafiq kateqoriyadan olan şəxs yararlanmışdır. A.Babayev adına Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanası tərəfindən 14, Mərkəzi Kitabxana Sistemlərinin Uşaq Kitabxanaları və şöbələri tərəfindən 285 nəfər olmaqla, ümumilikdə sağlamlıq imkanları məhdud 299 uşağa səyyari kitabxana xidməti göstərilmişdir.

Sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və tibbi reabilitasiyası istiqamətində bir sıra tədbirlər görülmüşdür. Belə ki, 2023-cü il ərzində sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə 2114 uşağa sosial müavinətlər və onlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilmişdir. Müvafiq kateqoriyadan olan 42 uşaq 51 ədəd texniki reabilitasiya və digər köməkçi vasitələrlə təmin edilmiş, 25 nəfərə isə protez-ortopedik xidmətlər göstərilmişdir. Həmçinin Naxçıvan Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 412 uşağın müalicəsi təşkil olunmuş, bunlardan 101 nəfərinin müalicəsi göndəriş vasitəsilə həyata keçirilmişdir.

Sağlamlıq imkanları məhdud uşaqların istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının səmərəli təşkili, eləcə də cəmiyyətin ictimai-mədəni həyatındakı iştirakını təmin etmək məqsədilə onlar arasında idman yarışları, rəsm və şeir müsabiqələri keçirilmiş, onların əl işlərindən ibarət sərgi təşkil olunmuş, film və tamaşalar nümayiş olunmuş, müvafiq kateqoriyadan olan uşaqların tarixi abidələrə, muzeylərə ekskursiyaları təşkil edilmişdir. Keçirilən 5 müsabiqə və 3 tədbirdə 133 uşaq iştirak etmiş, müvafiq uşaqlardan 1-i I yerə, 2-si II yerə, 1-i III yerə layiq görülmüş və qaliblərə hədiyyə, diplom və fəxri fərman verilmişdir.

Hesabat dövrü ərzində 3 uşaq övladlığa, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 9 uşaq isə qəyyumluq və ya himayəyə verilmişdir ki, hal-hazırda muxtar respublikada 85 valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq vardır. Hesabat ili ərzində himayə və ya qəyyumluğa verilmiş 29 uşağın, bir valideyni vəfat etmiş və digər valideynindən ayrı yaşayan 2 uşağın yaşadığı ünvanda hüquqlarının qorunması ilə bağlı monitorinqlər keçirilmiş, yaşayış şəraitləri öyrənilmiş, himayədar və qəyyumlarla söhbətlər aparılmış, zəruri ehtiyacları üçün lazımi köməklik göstərilmişdir. Ümumtəhsil məktəbini bitirən hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş 3 uşaq ali məktəbə daxil olmuşdur.

Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydasına əsasən 5 məktəbəqədər, 18 ümumtəhsil, 2 idman, 2 musiqi məktəbi, 2 uşaq xəstəxanası, 1 lisey olmaqla 30 uşaq müəssisəsində dövri monitorinq keçirilmişdir. Məqsəd həmin müəssisələrdə uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılması və uşaq hüquqlarının pozulması hallarının qarşısının alınmasıdır. Monitorinqlərin nəticələri ekspert qrupunun üzvləri tərəfindən aktlaşdırılmış və nöqsanların aradan qaldırılması ilə bağlı tədbirlər görülmüşdür.

Hesabat dövrü ərzində muxtar respublikanın aid dövlət orqanları tərəfindən uşaqların, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə tarixi abidələrə, muzeylərə, istehsal və emal müəssisələrinə ekskursiyaları təşkil edilmiş, onlar üçün film və tamaşalar göstərilmiş, bayram tədbirləri, intellektual oyunlar, idman yarışları, sərgilər təşkil olunmuş, rəsm, inşa yazı, şeir və dram müsabiqələri keçirilmişdir. Keçirilmiş müsabiqə, olimpiada və digər tədbirlərdə 20015 uşaq iştirak etmiş, iştirakçılara 412 medal, diplom, fəxri fərman, sertifikat və 501  hədiyyə verilmişdir. Həmçinin 268 uşağın Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil edilmiş, 15 sentyabr-Bilik Günü ilə əlaqədar xüsusi kateqoriyadan olan 896 uşaq məktəbli paltarı, dərs ləvazimatları və 454 uşaq isə qış geyimi ilə təmin olunmuşdur.

“Liderliyə gedən yol” mövzusunda  Azərbaycan Respublikası Milli Məclisinin deputatları ilə muxtar respublika üzrə biliyi, dünyagörüşü və fəallığına görə fərqlənən 150 uşağın  görüşü  keçirilmiş, uşaqlarla “Liderliyə gedən yol” mövzusunda söhbətlər edilmiş, onların şəxsi karyera və inkişafları ilə bağlı fikirləri dinlənilmişdir.

Hesabat dövrü ərzində uşaq məsələləri ilə bağlı təbliğat işi də aparılmışdır. Belə ki, 41 dəfə müxtəlif mövzularda maarifləndirici tədbir, təlim, seminar keçirilmiş, müəllim, şagird və valideynlər müvafiq mövzularda maarifləndirilmiş, onlara mövzu ilə bağlı slayd nümayiş olunmuş, 1720 nəfər yararlanmış, iştirakçılara 1969 maarifləndirici broşür paylanılmışdır.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 4 dəfə iclası keçirilmişdir.

Yetkinlik yaşına çatmayanlar arasında nəzarətsizliyin və hüquqpozmaların profilaktikası ilə əlaqədar tədbirlər görülmüş, yeniyetmələrin zərərli vərdişlərdən uzaqlaşdırılması, ictimai iaşə obyektlərində spirtli içkilərin və tütün məmulatlarını yetkinlik yaşına çatmayanlara satışının və yetkinlik yaşına çatmayan uşaqların öz valideynləri və ya başqa şəxslər tərəfindən avaralığa, o cümlədən dilənçiliyə cəlb edilməsi, məktəblilərin dərslərdən yayınma hallarının aşkar edilməsi, hüquqlarının və qanuni mənafelərinin qorunması, maarifləndirmə və təbliğat işinin aparılması, yetkinlik yaşına çatmayanların əməyindən düzgün istifadə olunmasına nəzarət etmək məqsədilə 1656 reyd yoxlaması, müxtəlif mövzularda isə 289 dəfə görüş keçirilmişdir.

“Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələrinin iştirakı ilə 4 dəfə tədbir keçirmiş, tədbirdə ölkəmizdə həyata keçirilən dövlət uşaq siyasətinin uğurlu nəticələrindən bəhs edilmiş, slayd vasitəsilə uşaq əməyinin istismarı və uşaq hüquqlarının pozulması ilə bağlı qanunvericilik aktlarının yaratdığı hüquqi məsuliyyət haqqında ətraflı məlumatlar verilmiş, tədbirlərdən 125 nəfər sahibkar yararlanmışdır.

Uşaq əhalisinin sağlamlığının qorunması, sağlamlıq tədbirlərinin yaxşılaşdırılması və uşaqlara müasir tələblərə uyğun tibbi xidmətin göstərilməsi dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanılmışdır.

Muxtar respublikada uşaqların sayı 126734 nəfər olmuşdur ki, bunlardan da 4212 uşaq 2023-cü il ərzində doğulmuşdur. Doğulan uşaqlardan 40 nəfəri əkiz uşaqlardır.

2023-cü ildə muxtar respublikada idarə olunan yoluxucu xəstəliklərə qarşı peyvənd işi həyata keçirilmişdir. Belə ki, peyvənd təqviminə uyğun immunlaşmaya cəlb olunma Hepatit B-2594 uşaq, BSJ-2581 uşaq olmuşdur ki, bu da ümumilikdə, peyvəndləmə səviyyəsinin 98.1% olması deməkdir. Xüsusi ilə qeyd olunur ki, hesabat dövrü ərzində 2083 nəfər peyvənddən yayınmış uşaq peyvəndə cəlb olunmuşdur. Həmçinin talessemiyalı və hemofiliyalı uşaqlarda hepatit virusunun qanla yoluxma ehtimalı yüksək olduğu üçün virusa qarşı profilaktiki peyvənd aparılmış, hepatitli analardan doğulan bütün yenidoğulmuşlara profilaktik immunoqlobulin vurulmuşdur. Son vaxtlar qızılca infeksiyası ilə bağlı peyvənddən yayınan uşaqlar da könüllü peyvəndə cəlb olunmuşdur. 2023-cü ildə muxtar respublika üzrə 5891 məktəblidə karetokonusa görə oftolmoloji müayinələr aparılmış, xəstələr Naxçıvan Muxtar Respublika Xəstəxanasında oftolmologiya şöbəsinə göndərilmiş və müalicə təyin edilmişdir. Həmçinin yuxarı sinif şagirdləri arasında flüoroqrafiya müayinəsi davam etdirilmiş, 2187 uşaq müayinədən keçmiş və xəstə uşaq aşkar edilməmişdir. 2023-cü ilin birinci yarısında 2293 elektron sağlamlıq kartı sifariş verilmiş, 1458 kart alınıb valideynlərə paylanılmışdır. Hesabat dövrü ərzində 4179 yenidoğulmuşa oftomoloji, 4509 uşağa neyrosonoqrafiya, 4213 uşaqda Bera audimetriya (eşitmənin müayinəsi), 679 nəfər hamilədə ürək qüsurlarının vaxtında aşkar olunması üçün fetal EXO müayinələri aparılmışdır.

2023-cü ildə yetkinlik yaşına çatmayanlara muxtar respublikanın bütün tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində ödənişsiz tibbi xidmət göstərilmişdir. Uşaqların icbari dispanserizasiyasının təmini məqsədilə 203956 nəfər müayinə olunmuş, onlardan 8677 nəfəri dispanser nəzarətə götürülmüşdür. Hazırda muxtar respublika üzrə dispanser nəzarətinə götürülən uşaqların sayı ümumilikdə 17916 nəfərdir. Həkim təyinatı olmadan narkotik və psixotrop dərmanların satışının qadağan olunması daim diqqətdə saxlanılmış, belə dərmanların uşaqlara ehtiyatla, lazım olan doza və miqdardan həm də qanun çərçivəsində, protokola uyğun təyin olunmasına nəzarət olunmuşdur. Hal-hazırda Naxçıvan Muxtar Respublikasında alkoqolizm, narkomaniya və toksomaniyadan əziyyət çəkən uşaq yoxdur.

Uşaq əhalisinin sağlamlığının qorunması ilə əlaqədar daim səhiyyə maarifi işi aparılmış, müvafiq materiallar çap edilib paylanılmışdır.

Hesabat ili ərzində uşaq əhalisinin sağlamlığı ilə bağlı aksiya çərçivəsində 46 uşaq göz müayinələrindən keçirilmişlər. Həmçinin dövlət təhsil müəssisələrində, o cümlədən bütün məktəb və bağçalarda pulsuz ilkin tibbi yardım xidməti təşkil olunmuş, Naxçıvan şəhərində fəaliyyət göstərən 20 ümumtəhsil məktəbində pediatr və tibb bacısının fəaliyyəti təşkil olunmuşdur.

Naxçıvan MR Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Liv Bona Dea Hospitalın yüksək ixtisaslı həkim pediatrları Naxçıvan Diaqnostika Müalicə Mərkəzində 92 uşağa ödənişsiz tibb xidməti göstərmiş və əlavə olaraq 120-yə yaxın uşağın müayinəsini həyata keçirmişdir. Muxtar respublikada yaşayan hemofiliyalı və talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirilmiş, aksiyada 6 litr qan ehtiyatı toplanaraq qan bankına təhvil verilmişdir.

Dispanserizasiya məqsədilə məktəbyaşlı uşaqlarda qurd invaziyalarının aşkar edilməsi məqsədilə il ərzində 8522 şagirddə müayinələr aparılmış, 385 şagirddə enterebioz, 83 şagirddə askardioz, 30 şagirdə qarışıq qurd invaziyaları aşkar olunmuşdur. Müayinə nəticələrinə uyğun olaraq 2023-cü il üçün 6 min tablet qurd əleyhinə “Mebendazol” tablet sifariş verilərək gətirilmiş və müvafiq uşaqlara təqdim olunmuşdur.

Muxtar respublika 416 uşağa tuberkulin sınağı aparılmış, müsbət və şübhəli reaksiya aşkar edilənlər ətraflı müayinə üçün Ağciyər Xəstəlikləri Dispanserində nəzarətdə saxlanılmışdır.

Naxçıvan MR Səhiyyə Nazirliyi tərəfindən tibb müəssisələrində uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə pediatriya sahəsində tibbi kadrların yetişdirilməsi, həkimlərin peşə hazırlıq səviyyəsinin yüksəldilməsi üçün ixtisas və təkmilləşdirmə kurslarına göndərilməsi işi müntəzəm davam etdirilmiş, 12 həkim, 7 rezident, 15 orta tibb işçisi Türkiyə Respublikası universitetlərinə kursa göndərilmişdir.

Azərbaycanda ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında aparılan və bütün muxtar respublikanı əhatə edən keratokonus xəstəliyinin skrininqinin aparılması ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq uşaq əhalisinin qeydiyyatı aparılmış, siyahıya alınmış uşaqların qısa müddət ərzində kütləvi skrininqlərə cəlb edilməsi işinə start verilmiş və bugünə kimi 5211 uşaq müayinə olunmuşdur.

Tibbi Sosial Ekspert Komissiyası tərəfindən muxtar respublika üzrə 385 uşağa əlillik təyin edilmişdir.

2023-2024-cü tədris ilində muxtar respublikanın ümumtəhsil məktəblərində 52094 şagird təhsil alır ki, bunlardan da 25011-i qızlardır. Tədris ilində ümumtəhsil məktəblərinin I siniflərinə 1986-sı qız olmaqla 4145 şagird təhsil alır. 2022-2023-cü tədris ilində ümumtəhsil məktəblərini bitirmiş şagirdlərdən 1605-i ali, 907-si isə orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş və ali məktəblərə qəbul olunan 196 nəfəri 500-700 arası bal toplamışdır ki, bunlardan da 117 nəfəri qızlardır. Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 141 nəfəri isə ali hərbi məktəbə daxil olmuşdur.

Həmçinin 2022-2023-cü tədris ilində məktəbi bitirən tam orta təhsil bazası üzrə məzunlardan 20-si “Qızıl”, 24-ü “Gümüş” medala, 32 nəfər fərqlənmə attestatına, ümumi orta təhsil bazasından isə 76 nəfər fərqlənmə attestatına layiq görülmüşdür. 6 məzun isə Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülmüşdür ki, onlardan da 3 nəfəri qızlardır.

İstedadlı şagirdlərin aşkar edilməsi və onlarla işin keyfiyyətinin yüksəldilməsi məqsədilə sınaq-test imtahanlarının, müxtəlif bilik yarışlarının, müsabiqələrin və fənn olimpiadalarının, həmçinin beynəlxalq olimpiada və müsabiqələrin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır. Belə ki, şagirdlərin intellektual bacarıqlarını ortaya qoymaq, onlarda tədqiqatçılıq bacarığını və məntiqi inkişaf etdirmək məqsədilə keçirilən olimpiada və müsabiqələrdə, ümumilikdə, muxtar respublika üzrə 5000-ə  yaxın şagird iştirak etmiş, onlardan 252 nəfər məktəbli qalib olaraq  diplom, fəxri fərman, sertifikat, qızıl, gümüş və bürünc medallarla təltif olunmuşlar.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümünə həsr olunmuş “Robot qol-Leqo Sumo 2023” və “Tullantıdan sənətə” müsabiqələri keçirilmişdir. İstedadı ilə fərqlənən şagirdlərin seçilməsi, onlarla işin keyfiyyətinin artırılması istiqamətində görülən işlərin davamı olaraq 6-17 yaş aralığında 113 şagirdin iştirakı ilə Hippo İngilis dili Olimpiadası keçirilmişdir.

2022-2023-cü tədris ilində keçirilən Azərbaycan Respublika fənn olimpiadalarında 1-i qızıl, 2-si gümüş, 2-si isə bürünc medal olmaqla 5 şagird qalib olmuşdur.

Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili məqsədilə elmi dərəcəli müəllimlər tərəfindən 2023-cü il ərzində muxtar respublikanın ümumtəhsil məktəblərində 933 saat nümunəvi dərs tədris olunmuşdur.

Bundan əlavə il ərzində ümumtəhsil məktəblərinin şagirdlərinə muzeylərdə 58 açıq dərs keçirilmişdir.

Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı uşaqların yüksək təhsilə və informasiya-kommunikasiya texnologiyalarına yiyələnmələri istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Belə ki, muxtar respublikanın ümumtəhsil məktəblərində 39 interaktiv dərs keçirilmiş, 670-dən çox elektron lövhədən istifadə etməklə şagirdlərə müxtəlif fənlər tədris edilmiş, 92 faizi internetə qoşulmaqla 9 şagird 1 kompüter dəstindən yararlanmışdır. Bu da uşaqların müasir təhsil sistemi əsasında biliklərə yiyələnməsinə şərait yaradır.

Bundan əlavə məktəblilərin yay tətilini səmərəli və maraqlı təşkil etmək məqsədilə məktəbdənkənar təhsil müəssisələrində uşaqlar üçün müxtəlif əyləncəli və intellektual oyunlar, bilik yarışları, ekskursiya və gəzintilər keçirilmiş, ümumilikdə, 287 rəsm və əl işlərindən ibarət sərgi-müsabiqə, 70 şeir, 15 inşa yazı müsabiqəsi, 32 bilik yarışması, 6 kitab müzakirəsi, 4 film nümayişi, 1 intellektual oyun, 1 viktorina, 1 şüşə üzərində bədii işləmə sənəti müsabiqəsi, 3 mental aritmetika, 1 robotexnika, 1 qum sənəti müsabiqəsi, 1 bədii qiraət, 1 əbədi-bədii kompozisiya, 20 dəyirmi masa, 4 ustad dərs, 1 nümunəvi məşğələ, 14 daxili yarışma, 309 tədbir, 3 konsert proqramı və 233 ekskursiya  təşkil edilmişdir.

Təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi üçün də bir sıra tədbirlər görülmüşdür. Belə ki, hesabat dövrü ərzində Babək rayon Vayxır,  Ordubad rayon Xanağa, Azadkənd, Şərur rayon Həmzəli, Vərməziyar kənd tam orta məktəblərinin yeni binası istifadəyə verilmiş, məktəblərin maddi-tədris bazası gücləndirilmişdir.

Muxtar respublikada idmanın təşkili, inkişafı, bədən tərbiyəsi və idman vasitəsilə uşaqların sağlamlığının qorunması, möhkəmləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili də diqqət mərkəzində saxlanılmış, uşaq və gənclər arasında 315 birincilik, 16 açıq birincilik, 44 turnir, 37 yoldaşlıq görüşü, 991 yarış, 2 tədbir, 2 müsabiqə, 1 təlim, 22 idman oyunu keçirilmişdir. Keçirilən yarış, görüş, turnir, birincilik, çempionatlıq və digər müxtəlif intellektual oyunlar yarışlarda 14500-dən çox uşaq iştirak etmişdir.

Muxtar respublikada 21951 uşaq idmanla məşğul olur ki, bunlardan da 5767 nəfəri qızlardır. İdmanla məşğul olan uşaqlar istər muxtar respublikada, istərsə də muxtar respublikadan kənarda keçirilən idman yarışlarında yüksək nailiyyətlər əldə etmiş, Azərbaycan birinciliyində, Azərbaycan və dünya çempionatlarında, beynəlxalq turnirlərdə 41-i I yer, 39-u II yer, 29-u III yer olmaqla 109 yer qazanmışlar.

Ötən tədris ilində muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərini müxtəlif ixtisaslar üzrə 762 nəfər bitirmişdir ki, bunlardan da 67 nəfər fərqlənmə şəhadətnaməsi almış, 2023-2024-cü tədris ilində isə müvafiq məktəblərə müxtəlif ixtisaslar üzrə 1053 şagird qəbul olmuşdur.

Muxtar respublikanın ixtisaslı müəllimləri tərəfindən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində müəllim və şagirdlərin hazırlıq səviyyəsinin artırılması məqsədilə müxtəlif ixtisaslar üzrə metodiki kurs, ustad dərslər keçirilmişdir.

Hesabat dövrü ərzində əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlər, tarix və mədəniyyətimizlə bağlı müxtəlif mövzularda 360 açıq dərs və 256 mühazirə keçirilmişdir.

Azərbaycan Respublikasında keçirilən “I Uşaq İncəsənət Festivalı”nda muxtar respublika üzrə 2 nəfər I yerə, 1 nəfər II yerə, 2 iştirakçı və 2 kollektiv III yerə layiq görülmüşdür.

Həmçinin uşaq kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemləri tərəfindən “Nağıl günü” ilə bağlı 434 tədbir keçirilmiş, uşaqlara 154 bədii film, 31-i xeyriyyə olmaqla ümumilikdə 234 tamaşa göstərilmişdir.

Muxtar respublikada 18 yaşına qədər olan 5421 uşağa aliment təyin olunmuşdur ki, bunun da 1077-si müvafiq dövrün statistik göstəricilərini əhatə edir. 294 atalığın müəyyən olunması, 16 uşağın ad və soyadının dəyişdirilməsi qeydə alınmış, icra və probasiya qurumları tərəfindən 484 uşaqla görüş, 4 uşağın anaya verilməsi təmin edilmiş, uşaq hüquqlarının bərpası ilə bağlı 127 müraciətə cavab verilmişdir.

Hesabat dövrü ərzində şəhər və rayon icra hakimiyyətləri yanında Qəyyumluq və Himayəçilik komissiyalarına 97 şifahi və yazılı müraciət daxil olmuşdur ki, bunlarda əsasən uşağın himayə və qəyyumluğa götürülməsi, uşaq tələbi, ünsiyyət məsələsi, nikahın pozulması, aliment tələbi, adın dəyişdirilməsi, uşağın əmlakının idarə olunması və s. məsələlər ilə bağlı olmuşdur. Müraciətlərə qanunauyğun qaydada baxılmış, aid məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər görülmüşdür.

Hesabat dövrü ərzində uşaq hüquqlarının qorunması ilə bağlı maarifləndirmə və təbliğat işinin aparılması diqqətdə saxlanılmışdır. Belə ki, müvafiq sahə ilə bağlı maarifləndirici verilişlər hazırlanmış və keçirilən tədbirlər televiziya, radio vasitəsilə efirə verilmiş, həmçinin muxtar  respublika­nın mətbuat orqanlarında işıqlandırılmışdır.

2024-cü ildə də muxtar respublikada uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət edən dövlət orqanları fəaliyyət istiqamətlərinə uyğun olaraq uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılması, uşaq hüquqlarının pozulmasına səbəb olan halların aradan qaldırılması və səbəb ola biləcək halların qarşısının alınması istiqamətində profilaktiki fəaliyyətlərini gücləndirəcək və öz üzərlərinə düşən vəzifələrin icrasını daim diqqətdə saxlayacaqdır.

 

 

 

 

 

 

Sədərək rayonunda vətəndaşlarla görüş keçirilib.

ÇapE-poçt

06.02.24 10:04

 

2024-cü il 05 fevral tarixində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Sədərək rayonunun Sədərək kənd İcra Nümayəndəliyinin inzibati binasında sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib. Görüş zamanı Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Pərviz Ağayev görüşün əhəmiyyətindən bəhs etmişdir.
Kənd sakinləri ilə görüşdə Komitə sədri Ramilə Seyidova ölkəmizdə həyata keçirilən dövlət ailə, qadın, uşaq siyasətindən bəhs edərək, bildirdi ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ailə, qadın və uşaq siyasəti Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən bu gün də uğurla həyata keçirilməkdədir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə mühüm işlər görülür, əhalinin, o cümlədən ailə, qadın və uşaqların sosial müdafiəsi istiqamətində tədbirlər həyata keçirilir.
Komitə sədri bildirib ki, ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edən, ilk dəfə ölkəmizin suverenliyi tam bərpa olunmuş bir şəraitdə, hər bir bölgədə keçirilən Prezident seçkilərində vətəndaşların aktiv iştirak etməsi vacibdir. Eyni zamanda, qadınların ölkənin ictimai-siyasi həyatında daim aktiv olduğunu qeyd edən R.Seyidova bu fəallığın seçki prosesində də nümayiş etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Komitə sədri hər bir ölkə vətəndaşı kimi hüquqlardan və vəzifələrdən səmərəli istifadə ediləcəyinə inamını ifadə edib, hər kəsi fevral ayının 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində fəal iştirak etməyə çağırıb.
Görüşdə 26 nəfər kənd sakininin müraciətləri ayrı-ayrılıqda dinlənilib, protokollaşdırılıb. Müraciətlər əsasən ailə məsələsi, işlə təmin olunma, aliment məsələsi, qış geyimi və məktəbli formasının verilməsi, ünvanlı dövlət sosial yardımın təyin edilməsi, şəxsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün, özünüməşğulluq proqramına cəlb edilməsinə köməklik göstərilməsi və digər məsələlərlə bağlı olub.
Vətəndaşlara müraciətlərlə bağlı hüquqi izahat verilmiş, Komitənin səlahiyyət dairəsinə aid müraciətlər yerindəcə həll olunmuş və digər məsələlərin isə aid orqanlar qarşısında vəsadət qaldırılması ilə əlaqədar qeydiyyatı aparılmışdır.

 

 

 
 

Komissiyanın iclası keçirilib

ÇapE-poçt

31.01.24 18:02

 

31 yanvar 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın iclası keçirilimişdir.
İclasda Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın və ekspert qrupunun üzvləri, rayon (şəhər) icra hakimiyyətləri yanında Qəyyumluq və Himayəçilik, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiyaların rəhbərləri iştirak etmişdir.
İclası Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Ramilə Seyidova iclası açaraq gündəlikdə duran məsələlərlə bağlı məlumat vermiş, Naxçıvan Muxtar Respublikasında 2023-cü il ərzində uşaq hüquqlarının təmin edilməsi vəziyyəti ilə əlaqədar çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə muxtar respublikada yaşayan bütün kateqoriyadan olan uşaqlara hərtərəfli imkanlar yaradılır, onların potensial və qabiliyyətlərinin aşkarlanması, mahiyyət etibarı ilə layiqli və sağlam vətəndaş kimi yetişdirilməsi istiqamətində kompleks addımlar atılır.
Naxçıvan Muxtar Respublikasında yaşayan uşaqlar hər il olduğu kimi 2023-cü ildə də dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunmuşdur. Onların qanunla müəyyən olunmuş hüquqlarının həyata keçirilməsi və mənafelərinin müdafiəsi il ərzində diqqət mərkəzində saxlanılmış və bir sıra tədbirlər görülmüşdür.
Hesabat ili ərzində 2114 sağlamlıq imkanları məhdud uşaq olmuşdur ki, bunların da əqli və fiziki potensialları nəzərə alınmaqla məktəbəqədər və ümumtəhsil müəssisələrinə cəlb edilmişdir. Müvafiq uşaqlarla bağlı görülən tədbirlərin nəticəsidir ki, 2023-2024-cü tədris ilində ümumtəhsil müəssisələrinin birinci siniflərində 45, hazırlıq qruplarında 13 uşaq olmaqla, ümumilikdə müvafiq kateqoriyadan olan 901 uşaq təhsil alır. Əlavə olaraq Distant Tədris Mərkəzində 27 uşaq olmaqla onların 2-si birinci sinifdə, Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə 7, məktəbdənkənar müəssisələrin dərnəklərində 97, məktəbdənkənar müəssisələrdə təşkil olunan müxtəlif kurslarda 22, şahmat məktəblərində 32, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində 85 (onların 11-i birinci sinifdə) sağlamlıq imkanları məhdud uşaq təhsil alır və həmin kateqoriyadan olan 4 uşaq isə idman məktəblərinə cəlb olunmuşdur. Sağlamlıq imkanları məhdud uşaqların bacarıq, imkan və maraqları nəzərə alınaraq 2 uşaq peşə məktəbinə cəlb edilmişdir. Aydın olur ki, sağlamlıq imkanları məhdud uşaqların 56%-i təhsilə cəlb olunmuşdur. Ümumtəhsil məktəblərini bitirən sağlamlıq imkanları məhdud uşaqlardan 4 nəfəri orta ixtisas təhsili müəssisəsinə, 17 nəfəri isə ali təhsil müəssisələrinə qəbul olmuşdur.
Hesabat dövrü ərzində 3 uşaq övladlığa, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 9 uşaq isə qəyyumluq və ya himayəyə verilmişdir ki, hal-hazırda muxtar respublikada 85 valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq vardır. Hesabat ili ərzində himayə və ya qəyyumluğa verilmiş 29 uşağın, bir valideyni vəfat etmiş və digər valideynindən ayrı yaşayan 2 uşağın yaşadığı ünvanda hüquqlarının qorunması ilə bağlı monitorinqlər keçirilmiş, yaşayış şəraitləri öyrənilmiş, himayədar və qəyyumlarla söhbətlər aparılmış, zəruri ehtiyacları üçün lazımi köməklik göstərilmişdir. Ümumtəhsil məktəbini bitirən hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş 3 uşaq ali məktəbə daxil olmuşdur.
Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydasına əsasən 5 məktəbəqədər, 18 ümumtəhsil, 2 idman, 2 musiqi məktəbi, 2 uşaq xəstəxanası, 1 lisey olmaqla 30 uşaq müəssisəsində dövri monitorinq keçirilmişdir. Monitorinqlər zamanı uşaqlara qarşı zorakılıq və digər hüquqpozma hallarına rast gəlinməmişdir.
Yetkinlik yaşına çatmayanlar arasında nəzarətsizliyin və hüquqpozmaların profilaktikası ilə əlaqədar tədbirlər görülmüş, yeniyetmələrin zərərli vərdişlərdən uzaqlaşdırılması, ictimai iaşə obyektlərində spirtli içkilərin və tütün məmulatlarını yetkinlik yaşına çatmayanlara satışının qarşısının alınması və yetkinlik yaşına çatmayan uşaqların öz valideynləri və ya başqa şəxslər tərəfindən avaralığa, o cümlədən dilənçiliyə cəlb edilməsi, məktəblilərin dərslərdən yayınma hallarının aşkar edilməsi, yetkinlik yaşına çatmayanların əməyindən düzgün istifadə olunmasına nəzarət etmək və digər hüquqlarının və qanuni mənafelərinin qorunması, maarifləndirmə və təbliğat işinin aparılması məqsədilə 1656 reyd yoxlaması, müxtəlif mövzularda isə 289 dəfə görüş keçirilmişdir.
Muxtar respublikada uşaqların sayı 120867 nəfər olmuşdur ki, bunlardan da 4212 uşaq 2023-cü il ərzində doğulmuşdur. Körpə ölümü 13 nəfər olmuşdur. 2023-cü ildə muxtar respublikada idarə olunan yoluxucu xəstəliklərə qarşı peyvənd işi həyata keçirilmişdir. Belə ki, peyvənd təqviminə uyğun immunlaşmaya cəlb olunma Hepatit B-2594 uşaq, BSJ-2581 uşaq olmuşdur ki, bu da ümumilikdə, peyvəndləmə səviyyəsinin 98.1% olması deməkdir. Xüsusi ilə qeyd olunur ki, hesabat dövrü ərzində 2083 nəfər peyvənddən yayınmış uşaq peyvəndə cəlb olunmuşdur.
2023-cü ildə yetkinlik yaşına çatmayanlara muxtar respublikanın bütün tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində ödənişsiz tibbi xidmət göstərilmişdir. Uşaqların icbari dispanserizasiyasının təmini məqsədilə 203956 nəfər müayinə olunmuş, onlardan 8677 nəfəri dispanser nəzarətə götürülmüşdür. Hazırda muxtar respublika üzrə dispanser nəzarətinə götürülən uşaqların sayı ümumilikdə 17916 nəfərdir. Həkim təyinatı olmadan narkotik və psixotrop dərmanların satışının qadağan olunması daim diqqətdə saxlanılmış, belə dərmanların uşaqlara ehtiyatla, lazım olan doza və miqdardan həm də qanun çərçivəsində, protokola uyğun təyin olunmasına nəzarət olunmuşdur. Hal-hazırda Naxçıvan Muxtar Respublikasında alkoqolizm, narkomaniya və toksomaniyadan əziyyət çəkən uşaq yoxdur.
Azərbaycanda ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında aparılan və bütün muxtar respublikanı əhatə edən keratokonus xəstəliyinin skrininqinin aparılması ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq uşaq əhalisinin qeydiyyatı aparılmış, siyahıya alınmış uşaqların qısa müddət ərzində kütləvi skrininqlərə cəlb edilməsi işinə start verilmiş və bugünə kimi 5211 uşaq müayinə olunmuşdur. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən muxtar respublika üzrə 385 uşağa əlillik təyin edilmişdir.
2023-2024-cü tədris ilində muxtar respublikanın ümumtəhsil məktəblərində 52094 şagird təhsil alır ki, bunlardan da 25011-i qızlardır. Tədris ilində ümumtəhsil məktəblərinin I siniflərinə 1986-sı qız olmaqla 4145 şagird təhsil alır. 2022-2023-cü tədris ilində ümumtəhsil məktəblərini bitirmiş şagirdlərdən 1605-i ali, 907-si isə orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş və ali məktəblərə qəbul olunan 196 nəfəri 500-700 arası bal toplamışdır ki, bunlardan da 117 nəfəri qızlardır. Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 141 nəfəri isə ali hərbi məktəbə daxil olmuşdur.
Həmçinin 2022-2023-cü tədris ilində məktəbi bitirən tam orta təhsil bazası üzrə məzunlardan 20-si “Qızıl”, 24-ü “Gümüş” medala, 32 nəfər fərqlənmə attestatına, ümumi orta təhsil bazasından isə 76 nəfər fərqlənmə attestatına layiq görülmüşdür. 6 məzun isə Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülmüşdür ki, onlardan da 3 nəfəri qızlardır.
2022-2023-cü tədris ilində keçirilən Azərbaycan Respublika fənn olimpiadalarında 1-i qızıl, 2-si gümüş, 2-si isə bürünc olmaqla 5 şagird qalib olmuşdur. İstedadlı şagirdlərin aşkar edilməsi və onlarla işin keyfiyyətinin yüksəldilməsi məqsədilə sınaq-test imtahanlarının, müxtəlif bilik yarışlarının, müsabiqələrin və fənn olimpiadalarının, həmçinin beynəlxalq olimpiada və müsabiqələrin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır. Belə ki, şagirdlərin intellektual bacarıqlarını ortaya qoymaq, onlarda tədqiqatçılıq bacarığını və məntiqi inkişaf etdirmək məqsədilə keçirilən olimpiada və müsabiqələrdə, ümumilikdə, muxtar respublika üzrə 5000-ə yaxın şagird iştirak etmiş, onlardan 252 nəfər məktəbli qalib olaraq diplom, fəxri fərman, sertifikat, qızıl, gümüş və bürünc medallarla təltif olunmuşlar.
Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili məqsədilə elmi dərəcəli müəllimlər tərəfindən 2023-cü il ərzində muxtar respublikanın ümumtəhsil məktəblərində 933 saat nümunəvi dərs tədris edilmiş, muzeylərdə isə 58 açıq dərs keçirilmişdir.
Bundan əlavə məktəblilərin yay tətilini səmərəli və maraqlı təşkil etmək məqsədilə məktəbdənkənar təhsil müəssisələrində uşaqlar üçün müxtəlif əyləncəli və intellektual oyunlar, bilik yarışları, ekskursiya və gəzintilər keçirilmiş, ümumilikdə, 287 rəsm və əl işlərindən ibarət sərgi-müsabiqə, 70 şeir, 15 inşa yazı müsabiqəsi, 32 bilik yarışması, 6 kitab müzakirəsi, 4 film nümayişi, 1 intellektual oyun, 1 viktorina, 1 şüşə üzərində bədii işləmə sənəti müsabiqəsi, 3 mental aritmetika, 1 robotexnika, 1 qum sənəti müsabiqəsi, 1 bədii qiraət, 1 əbədi-bədii kompozisiya, 20 dəyirmi masa, 4 ustad dərs, 1 nümunəvi məşğələ, 14 daxili yarışma, 309 tədbir, 3 konsert proqramı və 233 ekskursiya təşkil edilmişdir.
Muxtar respublikada 21951 uşaq idmanla məşğul olur ki, bunlardan da 5767 nəfəri qızlardır. İdmanla məşğul olan uşaqlar istər muxtar respublikada, istərsə də muxtar respublikadan kənarda keçirilən idman yarışlarında yüksək nailiyyətlər əldə etmiş, Azərbaycan birinciliyində, Azərbaycan və dünya çempionatlarında, beynəlxalq turnirlərdə 41-i I yer, 39-u II yer, 29-u III yer olmaqla 109 yer qazanmışlar.
Muxtar respublikada idmanın təşkili, inkişafı, bədən tərbiyəsi və idman vasitəsilə uşaqların sağlamlığının qorunması, möhkəmləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili də diqqət mərkəzində saxlanılmış, uşaq və gənclər arasında 315 birincilik, 16 açıq birincilik, 44 turnir, 37 yoldaşlıq görüşü, 991 yarış, 2 tədbir, 2 müsabiqə, 1 təlim, 22 idman oyunu keçirilmişdir. Keçirilən yarış, görüş, turnir, birincilik, çempionatlıq və digər müxtəlif intellektual oyunlar yarışlarda 14500-dən çox uşaq iştirak etmişdir.
Ötən tədris ilində muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərini müxtəlif ixtisaslar üzrə 762 nəfər bitirmişdir ki, bunlardan da 67 nəfər fərqlənmə şəhadətnaməsi almış, 2023-2024-cü tədris ilində isə müvafiq məktəblərə müxtəlif ixtisaslar üzrə 1053 şagird qəbul olmuşdur.
Həmçinin uşaq kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemləri tərəfindən “Nağıl günü” ilə bağlı 434 tədbir keçirilmiş, uşaqlara 154 bədii film, 31-i xeyriyyə olmaqla ümumilikdə 234 tamaşa göstərilmişdir.
Hesabat dövrü ərzində uşaq hüquqlarının qorunması ilə bağlı maarifləndirmə və təbliğat işinin aparılması diqqətdə saxlanılmışdır. Belə ki, müvafiq sahə ilə bağlı maarifləndirici verilişlər hazırlanmış və keçirilən tədbirlər televiziya, radio vasitəsilə efirə verilmiş, həmçinin muxtar respublika¬nın mətbuat orqanlarında işıqlandırılmışdır.
Ramilə Seyidova 2024-cü ildə də muxtar respublikada uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət edən dövlət orqanları fəaliyyət istiqamətlərinə uyğun olaraq uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılması, uşaq hüquqlarının pozulmasına səbəb olan halların aradan qaldırılması və səbəb ola biləcək halların qarşısının alınması istiqamətində profilaktiki fəaliyyətlərini gücləndirəcək və öz üzərlərinə düşən vəzifələrin icrasını daim diqqətdə saxlayacağını bildirmişdir.
Sonra məruzə ətrafinda Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın üzvü S.Cəfərov, Sədərək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının sədri P.Ağayev, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Eltun Həziyev çıxış etmişlər .
İclasın sonunda Komissiyanın 2024-cü ilə dair iş planı müzakirə olunmuş, təsdiq edilmiş və iclasın qərarı qəbul olunmuşdur.

 

 

 
 

Şəxsi inkişaf və karyeranı qurmaq” mövzusunda maarifləndirici tədbir keçirilib

ÇapE-poçt

26.01.24 12:44

 

Naxçıvan Muxtar Respublikasın Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 2024-cü il 26 yanvar tarixdə Zeynəddin kənd tam orta məktəbində “Şəxsi inkişaf və karyeranı qurmaq” mövzusunda maarifləndirici tədbir keçirilib.
Babək Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar mısələlər şöbəsinin baş məsləhətçisi Şəfa Babayeva tədbiri açaraq, keçirilən tədbirin tələbələr üçün əhəmiyyətindən bəhs edib.
Naxçıvan Muxtar Respublikasın Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Firuzə Hüseynova təqdimatla çıxış edərək qeyd edib ki, şəxsi inkişaf və karyera planlaşdırması hər bir vətəndaş üçün önəmli əhəmiyyət kəsb edən mövzudur. Hər bir kəs öz şəxsi inkişafları ilə bağlı analiz etmə bacarığını, öz şəxsi inkişaf yollarını aydınlaşdırmağı bacarmalı, özünün və peşə ilə bağlı ehtiyaclarını müəyyən edərək özünə uyğun kariyera qurmalıdır.
F.Hüseynova bildirib ki, təhsil almaqda, müəyyən bir sənətin mütəxəssisi olmaqda ən əsas məqsədlərdən biri uğurlu karyera qurmaqdır. Karyera – işçinin iş həyatı müddətində izləyə biləcəyi vəzifələr toplusudur. Karyera seçimi edərkən diqqət edilməsi lazım olan əsas 3 meyar bacarıqlar, maraqlar və dəyərlərin olmasıdır. Karyera planlaşmasında addım-addım irəliləmək və gənclərin fərqli sahələrdə işləməklərinin daha məqsədyönlü olduğu vurğulanıb. Karyeranın əsasən 4 mərhələdə formalaşdığını və burda daha çox inkişaf mərhələsində uğur qazanıldığı bildirilib. Kariyera seçimi edərkən müxtəlif səbəblərin olduğu da vurğulanıb. Tədbirdə karyera məqsədlərinin müəyyən edilməsindən şəxsi baxış strategiyasının vacibliyindən, karyera məqsədlərinin müəyyən edilməsində əsas hansı mərhələlərin rol oynadığında və şəxslərin hansı amilə görə işləmək istədikləri haqqında ətraflı məlumat verilib.
Tədbir diskussiya xarakterli olub, tədbir iştirakçılarının sualları cavablandırılıb.Tədbirdən 46 nəfər yararlanıb.

 

 

 
 

Kollegiya iclası keçirilib

ÇapE-poçt

25.01.24 17:36

 

2024-cü il 25 yanvar tarixdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il ərzində gördüyü işlər barədə kollegiya iclası keçirilib.
İclası giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, hesabat dövrü ərzində muxtar respublikada ailə, qadın və uşaqların hüquqlarının qorunması, həmçinin qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası diqqətdə saxlanılıb, beynəlxalq günlər qeyd edilib, konfrans, tədbir, təlim, festival, seminar, görüş, ekskursiya və monitorinqlər keçirilib, sərgi-satışlar təşkil olunub. Komitədə ailə, qadın və uşaqlar haqqında məlumat bazası yaradılmış və aidiyyəti orqanlardan muxtar respublikada yaşayan ailələr, qadınlar və uşaqlar haqqında statistik məlumatlar alınaraq yaradılmış bazaya əlavə edilmiş və müqayisəli təhlilləri aparılmışdır. Məlum olmuşdur ki,

2023-cü il 01 iyul tarixə olan məlumata əsasən muxtar respublikada ailələrin sayı 99370 nəfər olmuşdur ki, bu da ötən illə müqayisədə 618 ailə çoxdur. Bunlardan 47-i çoxuşaqlı (5 uşaqdan yuxarı), 1216-sı ailə təsərrüfatçısı olan, 276-sı məcburi köçkün,538-i şəhid ailəsidir. Muxtar respublika əhalisinin 233954 nəfərini qadınlar təşkil edir ki, bu da ötən illə müqayisədə 1777 qadın çoxdur. Bu qadınlardan 9735-i sahibkar, 8203-ü əlil, 413-ü məcburi köçkün, 249-u sosial xidmətdə olan ahıl, 3-ü Ahıllar Evində yaşayan, 307-si şəhid ailəsi sayılan, 221-i bələdiyyə üzvü, 10-u bələdiyyə sədri olan qadınlardır.

Muxtar respublikada 120337 uşaq yaşayır. Bu da əhalinin 26%-ə yaxını təşkil edir. 81 uşaq valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan, 2056-sı sağlamlıq imkanları məhdud, 47-si şəhid uşaqlarıdır.

Komitə sədri bildirmişdir ki, Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə 2023-cü il ölkədə Ümummilli Lider Heydər Əliyevin və Akademik Zərifə Əliyevanın 100 illik yubileyləri geniş şəkildə qeyd olunmuşdur. Hesabat dövrü ərzində Komitə tərəfindən də müvafiq mövzularda tədbirlər keçirilmişdir. Belə ki, 2023-cü il ərzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar 67 dəfə müxtəlif səpkili tədbir keçirilmiş, tədbirlərdən 5 mindən artıq iştirakçı yararlanmış, Ümummilli Lideri Heydər Əliyevə həsr olunmuş film və videoçarx 24-dən artıq tədbirdə nümayiş olunmuş, müntəzəm olaraq Komitənin sosial resurslarında və 2023-cü il 14 iyul tarixdə Naxçıvan şəhərinin mərkəzində yerləşən saat reklam lövhəsində gün ərzində təkrarən işıqlandırılmışdır.
Akademik Zərifə Xanım Əliyevanın 100 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan qadını, anası, həkimi - Akademik Zərifə xanım Əliyeva” mövzusunda ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri, gənclər və digər şəxslər arasında esse müsabiqəsi elan olunaraq, sosial şəbəkələrdə paylaşılmışdır. Müsabiqəyə 113 esse təqdim olunmuş, müxtəlif nominasiyalar üzrə 12 nəfər müsabiqənin qalibi olmuşdur. Həmçinin Komitə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birgə Naxçıvan Dövlət Milli Dram Teatrında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi ilə əlaqədar “Elmdə qadınlar” adlı konfrans keçirib. Əvvəlcə konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoymuş, Heydər Əliyev Muzeyi ilə tanış olmuşlar. Konfransda müvafiq mövzuda hazırlanmış filmin təqdimatı və müvafiq mövzuda çıxışlar olmuş, sonra akademik Zərifə xanım Əliyevanın 100 illiyi münasibətilə Komitə tərəfindən elan olunmuş “Azərbaycan qadını, anası, həkimi - Akademik Zərifə xanım Əliyeva” mövzusunda keçirilən esse müsabiqəsi qaliblərinin və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi üzrə yüksək təhsil göstəricisi olan tələbələrin mükafatlandırılması mərasimi keçirilmiş, konfrans bədii hissə ilə davam etmişdır. Konfransdan sonra qonaqlar akademik Zərifə Əliyeva adına Kəngərli rayon Şahtaxtı kənd tam orta məktəbində və Qarabağlar Türbə Kompleksində olmuşlar. Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi ilə birgə Heydər Əliyev Muzeyində akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyi ilə bağlı tədbir keçirilmiş, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoymuş, sonra müvafiq mövzuda çıxışlar edilmiş, tədbir rejissor Vaqif Mustafayevin “Əsl məhəbbət haqqında” filminin nümayişi ilə davam etmişdir, həmçinin Babək və Culfa Rayon İcra Hakimiyyətləri ilə birgə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyi münasibətilə tədbirlər keçirilmişdir. Tədbirlərdə müvafiq mövzuda çıxışlar edilmiş, dahi şəxsiyyətlərin Zərifə xanım Əliyeva ilə bağlı fikirləri səsləndirilmiş, müvafiq mövzuda filmlər nümayiş olunmuşdur.
Komitə tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhbərliyinin 20 ilinin tamam olması ilə bağlı “Ailə, qadın və uşaq siyasəti son 20 ildə” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə “Naxçıvan Muxtar Respublikasında 20 il ərzində dövlət ailə, qadın, uşaq siyasətinin inkişafı” mövzusunda məruzə edilmiş və müvafiq sahədə qanunvericilik aktlarının qəbul edilməsi, eləcə də Naxçıvan Muxtar Respublikasında da ölkə rəhbərliyinin uğurlu siyasətinin davam etdirilməsi barədə məlumat verilmişdir. Sonra mövzu ətrafında çıxışlar olmuşdur.
Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 25 oktyabr tarixli 90-III FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi ilə bağlı müvafiq Fərman qəbul olunmuş, belə ki, Komitənin səlahiyyətləri artırılmışdır.
Həmçinin müvafiq dövrdə Komitə sədri tərəfindən bir çox qeyri-hökumət və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirilmiş, görüşlərdə ailə, qadın və uşaq sahəsi ilə bağlı qarşılıqlı fəaliyyət üçün fikir mübadiləsi aparılmışdır.
Hesabat dövrü ərzində gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizminin yaradılması məqsədilə Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) icra hakimiyyətləri yanında qanunvericiliyə uyğun olaraq məişət zorakılığının qarşısının alınmasına məsul olan dövlət orqanlarının nümayəndələrindən ibarət müvafiq monitorinq qrupu, muxtar respublikada fəaliyyət göstərən dövlət müəssisələrində genderə məsul şəxslərin yaradılması məqsədilə tədbirlər görülmüş, monitorinq qrupları və məsul şəxslər yaradılmış və onlar üçün təlimlər təşkil edilmişdir. Hesabat dövrü ərzində Komitə əməkdaşları bilik və bacarıqlarının artırılması ilə bağlı təşkil olunan təlimlərə cəlb edilmiş, həmçinin Komitənin 1 əməkdaşı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
Hesabat dövrü ərzində “Zəhmətkeş qadınların özünüməşğulluğunun dəstəklənməsi: layihələr və nəticələr” adlı kitab hazırlanmış, təqdimatı ilə bağlı tədbir keçirilmişdir. Həmçinin 3 adda maarifləndirici buklet hazırlanmış, özünüməşğulluğunu təmin etmiş sosial qayğıya ehtiyacı olan qadınların əl işlərinin satışına köməklik göstərilməsi məqsədilə 223 şəxsin 15844 manat dəyərində 1528 əl işi və istehsal etdikləri məhsulların satışı həyata keçirilmişdir.
R.Seyidova bildirmişdir ki, aid dövr ərzində keçirilən 187 (tədbir, seminar, görüş) maarifləndirici və təbliğat tədbirlərindən 61 ailə və 5974 nəfər yararlanmış, 3916 təbliğat materialı, o cümlədən broşürlər paylanılmışdır.
Ümumilikdə, 2023-cü il ərzində Komitə tərəfindən 3 kollegiya, 4 konfrans, YYÇİHMK-nin 3 iclası, 3 festival, 133 tədbir, 16 təlim, 10 seminar, 2 ekskursiya, 98 görüş,5 müsabiqə, 190 monitorinq, 4 sərgi-satış olmaqla 471 müxtəlif səpkili tədbir keçirilmişdir.
R.Seyidova vurğulamışdır ki, Komitə tərəfindən bundan sonra da ölkəmizin davamlı inkişafına nail olmaq üçün qarşıya qoyulan vəzifələr layiqincə yerinə yetiriləcək, səlahiyyətləri daxilində səmərəli, məzmunca faydalı işləməyə çalışılacaq və Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə öz töhfəsini verəcəkdir.
Kollegiya iclasında Aparatın ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Könül Babayeva, Aparatın maliyyə-təsərrüfat və kargüzarlıq şöbəsinin müdiri Vüsalə Vəliyeva, İctimaiyyətlə əlaqələr və informasiya təminatı üzrə baş məsləhətçi Məhəmməd Əliyev 2023-cü il ərzində gördüyü işlər və qarşıda duran vəzifələr barədə məruzə ətrafında çıxış etmişlər.
Kollegiyanın iclasının yekununda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü ilə dair İş Planı və Kollegiya iclasının qərarı təsdiq edildi.

 

 

 
 

Səhifə 3 > 402-dən

Joomla 1.5